Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kür çayında 45 santimetr ARTIM

Kür çayında 45 santimetr ARTIM
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 07-də saat 9:00-a olan məlumatına əsasən bir neçə gündür bölgələrdə davam edən intensiv yağıntılar ilə əlaqədar bəzi çaylarda sululuq artıb.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63 sm, Vəlvələçayda 12 sm, Qudiyalçayda 5 sm, Katexçayda 3 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4 sm, Kürəkçayda 3 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm, Tərtərçayda 5 sm, Tutqunçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surra və Kür-Bankədə 11 sm, Kür-Şirvanda 20 sm, Kür-Salyanda isə 45 sm artım qeydə alınıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də