
Türkiyədə Qurban bayramının ilk günündə 14 mindən çox insan həkimə müraciət edib.
Bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.
Həkimə müraciət edənlər qurban kəsərkən xəsarət alıblar:
“Bayramın ilk günündə 1049-u Ankara, 753-ü İstanbul, 655-i Konyada olmaqla, qurban kəsmə zamanı aldığı xəsarətlərlə əlaqədar xəstəxanalarımıza 14372 nəfər müalicə üçün müraciət edib".