Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müsəlmanları təhqir edən erməni bloger həbs olundu

Müsəlmanları təhqir edən erməni bloger həbs olundu

Rusiya məhkəməsi erməni bloger və sahibkar Areq Şepixini nifrət və ya ədavət salmaq ittihamı ilə iki ay müddətinə həbs edib.

Bu barədə Moskva məhkəmələrinin Mətbuat Xidməti məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, ibtidai istintaq orqanlarının Şepixin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edilib.

Bir gün əvvəl Rusiya İstintaq Komitəsi bəyan etmişdi ki, Şepixin altı ilə qədər azadlıqdan məhrum edilə bilər. Onun barəsində ekstremizm və milli, dini, irqi nifrətin qızışdırılması maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, erməni bloqer sosial şəbəkələrdə Dağıstan, Çeçenistan sakinlərini və ümumilikdə müsəlmanları təhqir edən paylaşımlar edib, Rusiya hökumətinin müsəlmanlara və yəhudilərə qarşı nasist ideologiyası ilə "proqramlaşdırılması" çağırışları ilə çıxış edib. Bundan sonra bir qrup şəxs onu zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də