
İngiltərədə yerləşən Vindzor qəsrində təhlükəsizlik insidenti baş verib.
Kral ailəsinin üzvlərinin yaşadığı bu əraziyə icazəsiz daxil olan bir şəxs polis tərəfindən saxlanılıb. Saxlanılan şəxsin 30 yaşlarında olduğu və onun üzərində A sinif narkotik maddələr aşkarlandığı açıqlanıb. Şəxsin zaminə buraxıldığı və hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.
Qeyd edək ki, 2005-ci il tarixli “Ciddi Təşkilatlanmış Cinayətkarlıq və Polis Aktı”na əsasən, Kral ailəsinə məxsus ərazilər də daxil olmaqla, mühafizə olunan ərazilərə izinsiz daxil olmaq cinayət sayılır. Kral ailəsinin üzvləri, aprel-sentyabr ayları arasında xüsusilə də yay aylarında, Vindzor qəsrində daha çox vaxt keçirirlər.