Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha iki tiktoker azadlığa buraxıldı

Daha iki tiktoker azadlığa buraxıldı

Satış məqsədi olmadan narkotik vasitə saxlama ittihamı ilə həbs edimiş daha iki tiktoker azadlığa buraxılıb.

 Bu barədə vəkil Yusif Seyfəlov məlumat verib.

 Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsi müvəkkilləri- Əsgər Əlizadə (“Xan”) və Nuh Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edib.

 Qərara əsasən hər iki tiktoker ev dustaqlığına buraxılıb.

 Qeyd edək ki, ötən həftə də eyni ittihamla saxlanılan bir neçə tiktoker barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də