Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə təyyarə qəzası

Türkiyədə təyyarə qəzası
Türkiyənin Bilecik vilayətində təlim təyyarəsi qəzaya uğrayıb. 

 Türkiyə mətbuatı təyyarənin Bursadan havaya qalxdığını bildirib.

İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub.

Təyyarəni idarə edən 22 yaşlı qadın pilot D.K. texniki nasazlıq səbəbindən boş əraziyə məcburi eniş etməyə cəhd göstərib. Lakin bu zaman təyyarə idarəetməni itirərək tərsinə çevrilib və qəzaya uğrayıb .


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də