"Yeni növ koronavirusun (COVID-19) yaratdığı narahatlıq və qorxu milyonlarla insanın ruhi sağlamlığını mənfi təsir edir".
RegionTV.info "Sonxeber.az"-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O, qocalar evində və ruhi xəstəxanalarda olanların COVID-19 riski altına düşdüyünü vurğulayıb: "Psixi sağlamlıq xidməti göstərən bəzi səhiyyə müəssisələri COVID-19 xəstələrinin müalicəsi üçün bağlanıb. Psixi sağlamlıq onsuz da dünyada ayrıca bir problemidir. Təxminən 1 milyard insan bu tip xəstəlikdən əziyyət çəkir. Hər il 3 milyon insan həddindən artıq alkoqol istifadəsindən ölür. Hər 40 saniyədə bir nəfər intihar edir".
Tedros Adhanom Qebreyesus az sayda insanın keyfiyyətli psixi sağlamlıq xidmətlərindən istifadə edə bildiyini deyib: "Aşağı və orta gəlirli ölkələrdə psixi, nevroloji və maddə istifadəsi pozuqluğu olan insanların 75 faizdən çoxu heç bir müalicə almır".
ÜST-ün baş direktoru çərşənbə günündən etibarən Afrikada uşaq iflicinin tamamilə ləğv edildiyinin anonsunu da verib: "Bununla da Afrika uşaq iflicindən tamamən təmizlənmiş bölgə kimi sertifikat aldı. Bu fövqəladə uğurda Afrika xalqının və hökumətlərin qətiyyəti əhəmiyyətli rolu olub. ÜST, Rotari, Bill və Melinda Qeyts Fondu, UNICEF, Qlobal Peyvənd İttifaqı Təşəbbüsü (GAVI) və ABŞ-ın rolunu yüksək qiymətləndirirəm. Eyni həmrəyliyi COVID-19 üçün də göstərməyə çağırıram".
Xəbəri paylaş