Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya Ukraynanın atəşkəs tələblərini alıb - Medinski

Rusiya Ukraynanın atəşkəs tələblərini alıb - Medinski
Bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirləcək.


rəflərin danışığı Bakı vaxtı ilə saat 14:00-da İstanbuldakı Çırağan sarayında baş tutacaq.

İclasda Rusiya nümayəndələri atəşkəslə bağlı öz memorandum layihəsini, Ukrayna tərəfi isə öz layihəsini  təqdim edəcək.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov başçılıq edəcək.

Tərəflər Rusiya və Ukrayna prezidentləri arasında mümkün görüşü də müzakirə edəcəklər.

Ukraynalı nümayəndələr həmçinin atəşkəs, əsirlərin azad edilməsi və hərbi əməliyyatlar nəticəsində Rusiya ərazisinə qalmış uşaqların geri qaytarılmasına nail olmağa çalışacaqlar.

Vladimir Medinski bildirib ki, Rusiya münaqişənin sülh yolu ilə həllinə dair memorandumun Ukrayna variantını alıb. Onun sözlərinə görə, memorandum Ukrayna və ingilis dillərində təhvil verilib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də