Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenski dron hücumunun təfərrüatlarını açıqladı

Zelenski dron hücumunun təfərrüatlarını açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin bir neçə bölgədə Rusiya hərbi hava bazalarına dron hücumu əməliyyatının təfərrüatlarını açıqlayıb.

Bu barədə o, axşam çıxışında danışıb.

Onun sözlərinə görə, əməliyyatın hazırlanmasına il yarım sərf olunub.

"Ən maraqlısı - və bunu artıq açıq şəkildə demək olar - Rusiya ərazisindəki əməliyyatımızın "ofisi" onların regionlarından birində Rusiya FSB-nin qərargahının düz yanında yerləşirdi", - Zelenski qeyd edib.

Ukrayna prezidenti bildirib ki, əməliyyatda ümumilikdə 117 pilotsuz uçuş aparatı istifadə olunub.

“Və müvafiq sayda dron operatorları işləyirdi: Baza aerodromlarında strateji qanadlı raket daşıyıcılarının 34 faizi vuruldu”, - Zelenski bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də