Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

2 il öncə itkin düşən qadının meyiti tapıldı: öldürülüb... 

2 il öncə itkin düşən qadının meyiti tapıldı: öldürülüb... 
Xaçmaz rayonunda iki il öncə itkin düşən gözdən əlil qadının öldürüldüyü məlum olub.

  2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Ötən iki il ərzində itkin düşən qadının axtarışları heç bir nəticə verməyib. Lakin bu günlərdə qadının öldürülərək basdırıldığı məlum olub.

 Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilib.

 Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də