
Ağstafada məktəblilər arasında dava düşüb.
Hadisə mayın 22-si günorta saatlarında rayonun Köçüəsgər kənd 2 saylı tam orta məktəbində baş verib. Məktəbin 8-ci və 9-cu sinif şagirləri arasında dərs vaxtı mübahisə olub və şagirdlərdən birinin qolu sınıb. Qolu sınan məktəbli xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.
Baş vermiş hadisə ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.