
Sosial şəbəkələrdə şəhid anasına məxsus olduğu iddia edilən görüntülər yayılıb.
İddialara görə, şəhid anası övladının portretinə hörmətsizlik edən kişini təhqir edib.
"Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir", - açıqlamada bildirilir.
Qeyd edək ki, videodakı qadının Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanova olduğu bildirilir.