Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda avtomobil piyadanı vurdu

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Yolu keçən 1988-ci il təvəllüdlü İsmayılov Xəzər Zakir oğlunu avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də