Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yardımlıda meşəbəyinin meyiti dərədə tapılıb






Yardımlı rayonunda dərədə kişi meyiti tapılıb.

Tahirli kənd sakini Təyyar Sərhadalı oğlu Məhərrəmov üç gün əvvəl meşə gözətçisi olduğu əraziyə getmək üçün avtomobilini aşağı kənddəki həyətlərdən birində saxlayıb.

Ailə üzvləri iki gün ərzində T.Məhərrəmovun qayıtmadığından narahat olduqlarında polis şöbəsinə məlumat veriblər.

Bu gün meşəbəyinin meyiti Hanoba meşəsindəki dərədə aşkar olunub. Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

T.Məhərrəmovun üç ay əvvəl meşəbəyi təyin olunduğu bildirilir.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də