
İtaliya A seriyasında 2024/25 mövsümünün çempionu müəyyənləşib.
Qızıl medalların sahibi son turda bəlli olub.
38-ci turda lider “Napoli” öz meydanında “Kalyari” ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Neapol təmsilçisi çempionluğu təmin edib.
Beləliklə, “Napoli” 82 xalla çempion, “İnter” 81 xalla ikinci olub. Bu, Neapol təmsilçisinin tarixində dördüncü çempionluqdur.