Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda keçirilən dünya çempionatında ikinci gün

Bakıda keçirilən dünya çempionatında ikinci gün

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb.

 Bu gün baş tutan 8 matçdan sonra mundialda qrup mərhələsinin I turuna yekun vurulub.

 E qrupunda İndoneziya Kosta Rika seçməsinə minimal hesabla qalib gələrək liderliyi ələ keçirib. Bu qrupun digər oyununda Tailand Monteneqro ilə heç-heçəyə razılaşıb - 1:1.

 Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyərək F qrupuna qələbə ilə başlayıblar.

 Dünya çempionatına qələbə ilə start verən yığmalardan biri də Çexiya olub. Bu kollektiv Argentinanı 2:1 hesabı ilə məğlub edib. Gürcüstan komandası isə BƏƏ millisindən güclü olub - 2:0. Avropa təmsilçiləri G qrupunda 3 xala malikdirlər.

 H qrupunda isə İspaniya Qanaya, Serbiya isə İsrailə 3:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, sabah qrup mərhələsində II turun görüşlərinə start veriləcək. Mundiala iyunun 1-də yekun vurulacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də