Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vəkillər Kollegiyasının daha bir üzvü vəfat etdi - FOTO

Vəkillər Kollegiyasının üzvü Ağakişi Nağıyev dünyasını dəyişib.
RegionTV.info  xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib:
"Bu gün uzun sürən ağır xəstəlikdən sonra dəyərli vəkilimiz Ağakişi Nağıyevi itirdik. Gözəl insan, təmənnasız dost, təcrübəli həmkarımız, yazıçı-publisist, Cəlilabad Vəkil Bürosunun vəkili Ağakişi müəllimin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah rəhmət eləsin, məkanı cənnət olsun, yaxınlarına Allah səbr versin!",-deyə, Anar Bağırov əlavə edib.
Qeyd edək ki, son 2 ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Hidayət Məmmədov, Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, Elburus Mehralıyev və İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.
  • Sfera.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də