
Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib.
Müraciətdə deyilir:
Uşaqlara qaydaları sadəcə izah etməklə kifayətlənməyin - onlarla birgə yola çıxın, nümunə olun, təhlükəsiz davranış vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirin.
Unutmayın, təhlükəsizlik ailədən başlayır. Valideynin səhlənkarlığı - uşağın həyatı üçün bəzən geri dönüşü olmayan nəticələr doğura bilər. İzah edin. Nümunə olun. Qoruyun”.