Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəblərdə bu işlərdə çalışmaq istəyənlərin nəzərinə - İmtahan vaxtı açıqlandı

Məktəblərdə bu işlərdə çalışmaq istəyənlərin nəzərinə - İmtahan vaxtı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi 26-27 may 2025-ci il tarixlərində keçiriləcək.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, test imtahanında 4 283 nəfərin iştirakı nəzərdə tutulub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də