Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğandan qaçırılmış Türkiyə gəmisi ilə bağlı açıqlama - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qaçırılmış gəmi ilə bağlı açıqlama verib. 
RegionTV.info BAKU TV-yə istinadən xəbər verir ki, gəmidə olan 19 heyət üzvündən üçü canlarını qurtara bilib, 15 nəfər isə girov götürülüb. 
Ərdoğan həmin gəminin kapitanı Furkan Yaren ilə iki dəfə telefonla danışdığını bildirib. 
Qeyd edək ki, ötən gün Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib. “Boden” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəminin heyət üzvlərindən 15 nəfəri zorla aparılıb.
Gəminin ikinci mühəndisi öldürülüb. Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də