
Özbəkistan Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi ilə ölkəyə daxil omağa icazə verməyi planlaşdırır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev məsələ ilə əlaqədar fərman imzalayıb.
Özbəkistanın Xarici İşlər Nazirliyinə üç ay ərzində məsələ ilə bağlı danışıqlara başlamaq tapşırılıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları artıq şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə bilir.