Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda dünya çempionatı - İdmançılar Bakıya gəldilər

Azərbaycanda dünya çempionatı - İdmançılar Bakıya gəldilər

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.

 İlk gündə 8 matç keçiriləcək.

 A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

 Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

 A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

 Dünya çempionatı

 

Qrup mərhələsi

I tur

21 may

 

A qrupu

20:30. Azərbaycan - Bəhreyn

23:00. Mavritaniya - Sloveniya

 

B qrupu

09:15. Fransa - Çad

21:45. Rumıniya - Özbəkistan

 

C qrupu

10:30. Macarıstan - Türkiyə

13:00. Ukrayna - İngiltərə

 

D qrupu

11:45. Bolqarıstan Portuqaliya

14:15. Slovakiya - Hindistan

 

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də