
Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.
Təşkilat Rusiyanın xaricdə sabitliyi pozan hərəkətlərinin həyata keçirilməsində məsul olan 21 fiziki və 6 hüquqi şəxsə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edib.
Sanksiya siyahısına Rusiya Prezidenti Vladimir Putinin xaç atası Viktor Medvedçukun da adı daxil edilib.