Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müəllimlərin işə qəbul imtahanlarında qeydiyyat BAŞLADI  - RƏSMİ

Müəllimlərin işə qəbul imtahanlarında qeydiyyat BAŞLADI - RƏSMİ

2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də