
Bakıda əlində bıçaqla avtobusa daxil olan qadın digər sərnişinləri hədələyib.
Görüntülər sosial şəbəkədə paylaşılıb.
Qadının bu hərəkəti sərnişinlər arasında narahatlıq yaradıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.