Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda 4 ballıq zəlzələ

Ermənistanda 4 ballıq zəlzələ

Ermənistan və Gürcüstan sərhəddində zəlzələ baş verib.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 20-də yerli vaxtla saat 10:11-də (GMT 06:11) Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi Ermənistan və Gürcüstanın sərhəd zonasında, Bavra şəhərindən 8 km cənub-şərqdə, 2,9 bal gücündə zəlzələ qeydə alıb.

Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, episentrdə zəlzələnin gücü 4 bal olub.

Zəlzələ Şirak rayonunun Bavra, Saraqyux və Aşotsk kəndlərində 2-3 bal gücündə hiss olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də