Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabah 30 dərəcəyədək İSTİ olacaq

Sabah 30 dərəcəyədək İSTİ olacaq
Bakıda və  Abşeron yarımadasında mayın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı,  dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman.  Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də