Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə güclü ZƏLZƏLƏ

Türkiyədə güclü ZƏLZƏLƏ

Türkiyənin Konya şəhərində 5,2 maqnitudalı zəlzələ baş verib.

Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb. 

Bildirilib ki, zəlzələ paytaxt Ankara və ətraf bölgələrdə də hiss edilib.

Bununla yanaşı, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında zəlzələ ilə bağlı paylaşım edib. 

Onun sözlərinə görə, hazırda AFAD və digər müvafiq qurumların əməkdaşları ərazilərdə araşdırmalara başlayıb. Yerlikaya bildirib ki, hələ ki dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb.

***


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də