Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hüseyn Həsənovdan həbs qərarına  REAKSİYA

Hüseyn Həsənovdan həbs qərarına REAKSİYA

Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilməsi və qiyabi həbs qərarına münasibət bildirib.

Bu barədə o, "Instagram" səhifəsində yazıb:

"Bəli, "qiyabi həbs" sözü qorxuducu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Bütün vergi məsələləri ötən il həll edilib. Hüquqşünaslarım bu vəziyyətlə məşğuldurlar", - bloqer bildirib.

Xatırladaq ki, Rusiyada Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Blohgeri 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də