
RegionTV.info-nun məlumatına görə, bu barədə yerli “The Nation” qəzeti xəbər yayıb.
Aqbor şəhərindəki yanacaqdoldurma məntəqəsində paylama şlanqında baş verən sızma nəticəsində partlayış baş verib. Partlayış o qədər güclü olub ki, stansiyaya yaxın 30-dan çox evə ziyan dəyib.
Partlayışdan sonra yanğın başlayıb. İnsanların çoxu evlərində ölüb. 17 yaralı ağır yanıq xəsarətləri xəstəxanaya aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.