
Abşeron rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Höküməli qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Mahmudova Kəmalə Bəxtiyar qızı, 1995-ci il təvəllüdlü Mahmudova Məleykə Babək qızı və 1958-ci il təvəllüdlü Əhmədov Loğman İsa oglu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.