Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan Ordusunun şəhid olmuş zabiti Qubada dəfn edilib - VİDEO

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub.
RegionTV.info "APA"-ya istinadən xəbər verir ki, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Mikayılov Rahim Qalib oğlunun nəşi Quba rayonuna gətirilib. Şəhid doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırılıb.
Şəhidlə vida mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Şəhid R. Mikayılov Vətən müharibəsinin ilk günlərində itkin düşən hərbçilərdən biri idi.

QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də