Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaqub Mahmudov məktəblilərə Heydər Əliyevdən danışdı

Yaqub Mahmudov məktəblilərə Heydər Əliyevdən danışdı

Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziyada Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, akademik Yaqub Mahmudov ilə görüş keçirilib.

Görüş Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Müəllim və şagirdlərin çoxsaylı suallarını cavablandıran Yaqub Mahmudov Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycanın zəngin dövlətçilik tarixindən, tarixi şəxsiyyətlərimizdən, Qarabağ Zəfərindən və ölkəmizdə uşaqlara göstərilən hərtərəfli dövlət qayğısından ətraflı danışıb.

Tədbirin sonunda gimnaziyanın kollektivi bu mühüm görüşə görə görkəmli tarixçi alimə minnətdarlıq edib.

Qeyd edək ki, görüşdə Yaqub Mahmudovun qızı, şərqşünas Gülnur Mahmud da iştirak edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də