Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 49 jurnalist əməliyyat olunub 

Azərbaycanda 49 jurnalist əməliyyat olunub 

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında humanitar aksiya keçirilib.

Klinikanın oftalmologiya şöbəsində jurnalistlər ödənişsiz əməliyyat olunublar.

Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya Şöbəsi və "Modern Media Group"un təşkilatçılığı ilə həyata keçirilən layihədə bu günə qədər 49 jurnalist ödənişsiz göz əməliyyatı olunub.

Layihə çərçivəsində 145 jurnalist müayinə olunub. Dörd jurnalist isə gözün buynuzlu qişasının təkrar xəritəçəkilməsindən 6 ay sonra əməliyyata götürüləcək.

Bütün müayinə və əməliyyatlar ödənişsiz həyata keçirilib. 

Klinikanın oftalmologiya şöbəsindən o da bildirilib ki, növbəti mərhələdə uşaq evləri və qocalar evləri ilə əlaqə yaradılacaq. Ehtiyacı olanlar üçün gözdən müayinə və əməliyyatlar ediləcək.

Qeyd edək ki, əməliyyat tanınmış oftalmoloq Qurban İsmayılov tərəfindən həyata keçirilib.

1435175

1435177

1435178

 

1435191


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də