Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cahit Bağçıya yüksək vəzifə VERİLDİ

Cahit Bağçıya yüksək vəzifə VERİLDİ

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Cahit Bağçıya yeni vəzifə verilib.

Sabiq diplomat Türkiyə Prezidentinin Aparatında işləyəcək.

Türkiyə parlamentinin keçmiş deputatı olan Bağçı vitse-prezident Cevdet Yılmazın müşaviri olaraq işə başlayıb.

Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Evlidir, 3 övladı var.

Qeyd edək ki, Bağçının Azərbaycandakı səlahiyyət müddəti ötən il başa çatıb. Onun əvəzinə Birol Akgün təyin edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də