Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Heydər Əliyev barəsində ensiklopediya hazırlansın! - TƏKLİF

Heydər Əliyev barəsində ensiklopediya hazırlansın! - TƏKLİF

Ümummilli Lider Heydər Əliyev barəsində ensiklopediyanın hazırlanması təklif edilib.

Sözügedən təkliflə sabiq deputat Etibar Əliyev çıxış edib.

O qeyd edib ki, ensiklopediya biliklərin məcmusudur: "Həmin ensiklopediyanın redaksiya heyətində olan şəxslər bu vəsaitin daha sanballı şəkildə çap olunması üçün imkanlar yarada bilər".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov da təklifə münasibət bildirib. O qeyd edib ki, UNEC ensiklopediyanın yaradılmasına dəstək verməyə hazırdır.

"Mən ensiklopediya ilə bağlı Etibar müəllimə təklif verim. Əgər, siz Ulu Öndərlə bağlı fundamental ensiklopediyanın hazırlanması işinin missiyasını öz üzərinizə götürürsünüzsə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) istənilən dəstəyi verməyə hazırdır", - rektor bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də