Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Arif Babayev təltif edildiyini xəstəxanada öyrəndi:  "Mənim üçün xoşbəxtlikdir"

Arif Babayev təltif edildiyini xəstəxanada öyrəndi: "Mənim üçün xoşbəxtlikdir"

Prezident İlham Əliyevin sərəncamı ilə Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb. O, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.

Sərəncamla əlaqədar Arif Babayevlə əlaqə saxladıq.

O, Prezident İlham Əliyevə göstərdiyi diqqətə görə təşəkkür edib: “Ulu öndərin adını daşıyan mükafata layiq görülmək mənim üçün xoşbəxtlikdir. Ümummilli lider Heydər Əliyev də, cənab Prezident İlham Əliyev də hər zaman mədəniyyət sahəsində fəaliyyət göstərən sənətkarlara diqqət göstərib”. 

Xalq artisti səhhətində yaranan problemlərə görə hazırda xəstəxanada olduğunu bildirib.

Qeyd edək ki, Arif Babayev Azərbaycanın muğam ifaçılığı sahəsində sistemli pedaqoji yanaşmanı formalaşdırmış və bu sənəti peşəkar səviyyəyə çatdırmaqda mühüm rol oynamış sənətkarlardandır. O, 1938-ci ildə Ağdamda anadan olub. 1970-ci illərdən etibarən həm səhnədə, həm də muğam tədrisində aktiv fəaliyyət göstərməyə başlayıb. 

Arif Babayevin ifasında "Bayatı-Şiraz", "Rast", "Şur", "Segah", "Çahargah" kimi əsas muğam dəstgahları Azərbaycan muğam fondunun qızıl arxivinə daxil edilib. O, təkcə klassik muğamları deyil, eyni zamanda xalq mahnıları və təsnifləri də səsləndirərək repertuar zənginliyi ilə seçilib.

Arif Babayevin sənət fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib – o, Xalq artisti fəxri adı, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub. Onun fəaliyyəti Azərbaycan muğam sənətinin arxivləşdirilməsi, sistemləşdirilməsi və tədris bazasının formalaşmasında mühüm mərhələ hesab olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də