Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstan quru sərhədlərini açacaqmı?

Gürcüstan yaxın gələcəkdə quru sərhədlərini açmağı planlaşdırmır.
RegionTV.info  "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili deyib.
"Qonşu ölkələrdə virusun yayılma dinamikası Gürcüstanla müqayisədə daha yüksəkdir. Sərhədlərin açılması virusun Gürcüstana daxil edilməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər. Bu səbəbdən ölkəmiz hələlik quru sərhədləri açmağı planlaşdırmır", - Tskitişvili bildirib.
O, quru sərhədlərindən fərqli olaraq, hava məkanının infeksiya üzərində daha çox nəzarət təmin etdiyinə inandığını söyləyib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan hökuməti fevralın 1-dən etibarən bütün istiqamətlər üzrə müntəzəm uçuşların bərpa edilməsi barədə qərar qəbul edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də