
Ağdaş rayonunda 53 yaşlı kişi bıçaqlanıb.
Rayonda müğənni kimi fəaliyyət göstərən 53 yaşlı Yusif Hüseynova 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov tərəfindən xəsarət yetirilib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.