Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Papanın üzüyü və möhürü məhv edildi

Papanın üzüyü və möhürü məhv edildi

Konklav ərəfəsində Vatikanda kardinalların görüşü baş tutub.

Z kardinallar Papa Fransiskin hakimiyyətinin simvollarını - balıqçı üzüyü və möhürünü məhv ediblər.

Əsasnaməyə uyğun olaraq onların üzərinə xaç işarəsi qoyulub. Daha sonra pontifik hakimiyyətin simvolları məhv edilib.

Məlumata görə, kardinallar görüşdə qarşıdan gələn yeni Papa seçkiləri məsələsini müzakirə ediblər. Onlar hesab edirdilər ki, “müharibə, zorakılıq və qütbləşmə dövründə” mərhəmət və ümidi təcəssüm etdirəcək bir papaya ehtiyac var. Onlar Yaxın Şərq və Ukrayna da daxil olmaqla, bütün regionlarda münaqişələrin tezliklə dayandırılmasına çağırıblar

Qeyd edək ki, mayın 7-də saat 15:45-də kardinallar yeni papanın seçilməsi zamanı qaldıqları Santa Marta Evini tərk edərək Sikstin kapellasına gedəcəklər. Bundan sonra konklav başlayacaq. 2013-cü ildə Roma Papası Fransiskin seçilməsi iki gün davam edib. Ən uzun konklav 1774-cü ilin noyabrında başlayıb və 105 gün davam edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də