Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hacıqabulun Muğan qəsəbəsində evlər suyun altında qaldı

Hacıqabulun Muğan qəsəbəsində evlər suyun altında qaldı

Ötən gecə yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları Hacıqabul rayonunun Muğan qəsəbəsində ciddi fəsadlar törədib.

Harami dağından axan sel suları qəsəbə ərazisindəki evlərin zirzəmilərinə, həyətyanı sahələrə dolub.

 Küçələrdə keçilməz su gölməçələri yaranıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Vətəndaşlara məxsus ev quşları tələf olub, tərəvəz və bostan əkini sahələrinə ziyan dəyib.

 Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də