
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" komandasından ayrılıb.
Bu barədə 32 yaşlı oyunçu sosial şəbəkə hesabında paylaşım edib. O, komanda ilə vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, Ayşən Abduləzimova "Vaşaş"ın heyətində 5 dəfə Macarıstan çempionu olub.