Xalq artisti Ramiz Novruz özünə qoyduğu qadağadan danışıb.
RegionTV.info "axşam.az"-a istinadən bildirir ki, aktyor "Kinomən" proqramında verilişlərə getmədiyini bildirib:
"Özümə əyləncələri verilişlərə qatılmağa qadağa qoymuşam. Elə veriliş var ki, 2-3 saat çəkir. Vaxta görə istəmirəm. Verilişdə ən çox 1 saat oturum. Səbrim çatmır. Həm də ara məsafəsi saxlanılmalıdır. Bunun bəlasını çəkdim. Həm qohumlardan, həm verilişlərdən.... Xəstəxanada yatdım. Həkimlərin qarşısında baş əyirəm, məni həyata qaytardılar".
Xəbəri paylaş