Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə müalicə olunan jurnalist Bakıya qayıtdı

Türkiyədə müalicə olunan jurnalist Bakıya qayıtdı

Xərçəng xəstəliyilə əlaqədar Türkiyədə müalicə olunan jurnalist Azər Rəşidoğlu Bakıya qayıdıb.

Bu barədə onun özü bildirib.

“Uzunmüddətli müayinə və müalicədən sonra Türkiyədən Bakıya döndüm. İki həftəyə yəqin ki, yenidən - bu dəfə qısamüddətli- Türkiyəyə gedəcəm. İlk mərhələ uğurlu oldu, ən müxtəlif analizlərin verilməsi və müalicənin başlanması vaxt apardı. Dövlətimiz sağ olsun, məni yalnız buraxmır”, - jurnalist qeyd edib.

A.Rəşidoğlu onun səhhətilə maraqlanan hər kəsə təşəkkür edib.

Xatırladaq ki, jurnalistin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də