Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Gündə bir saat yarım idmanla məşğul oluram"

"Gündə bir saat yarım idmanla məşğul oluram"
Rusiya Prezidenti Vladimir Putin haqqında “Rossiya 1” kanalı tərəfindən “Rusiya. Kreml. Putin. 25 il” adlı sənədli film hazırlanıb.

Filmdə Putin dövlət başçısı kimi keçirdiyi 25 il ərzindəki fəaliyyətindən, gündəlik həyat tərzindən və ailə münasibətlərindən danışıb.

Filmin müəllifləri Saidə Medvedeva və Pavel Zarubindir.

O, bildirib ki, son illərdə iş qrafiki səbəbilə Kremlin daxilindəki mənzilində gecələməli olur: “Son üç il ərzində tez-tez burada – Kreml daxilində gecələyirəm.”

Prezidentin sözlərinə görə, nəvələri bəzən xəbərsiz də gələ bilirlər, lakin adətən onun vaxtının olub-olmadığını əvvəlcədən soruşurlar.

Putin sağlamlığına və fiziki hazırlığına xüsusi diqqət yetirdiyini də qeyd edib:

“Gündə bir saat yarım idmanla məşğul oluram. Üzgüçülük hovuzuna gedirəm və kardio məşqlər üçün buz üzərinə çıxmağa çalışıram.”


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də