Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müəllimlərin müsabiqəsində problem: sistem çökdü

Müəllimlərin müsabiqəsində problem: sistem çökdü

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində problem yaranıb.

Müsabiqənin vakansiya seçiminin sonuncu günü iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu mərhələsindən keçmiş müəllimlər şəxsi səhifələrinə keçid etmək istəyərkən “sürpriz”lə qarşılaşıblar. Belə ki, vakansiya seçiminə buraxılan müəllimlər bazar günü saat 17.00-dan sonra www.miq.edu.az/yerdeyishme saytında şəxsi səhifələtinə daxil ola bilməyiblər.

Nəticədə onlarla müəllim elektron ərizəsini təsdiqləyə bilməyib. Müəllimlər problem barədə sosial şəbəkələrdə məlumat versələr də, sistemə cavabdeh qurumlardan səs-soraq çıxmayıb.

Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin sosial şəbəkə hesabına edilən çoxsaylı müraciətlər də cavabsız qalıb.

Problem hələ ki həllini tapmayıb.

Müsabiqə üzrə vakansiya seçimi isə bu gün - 5 may saat 13:00-da başa çatacaq.

Ərizəsini təsdiqləyə bilməyən müəllimlər müsabiqə vaxtının uzadılmasını, onlara şans yaradılmasını tələb ediblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də