Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Milli Konservatoriyada prorektor dəyişikliyi olub - Yeni təyinat

Milli Konservatoriyada prorektor dəyişikliyi olub - Yeni təyinat

Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.

Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifəsindən azad edilib.

Milli Konservatoriyadan faktı təsdiqləyiblər.

Digər xəbərə görə, Nizami Əsədov Milli Konservatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, o, bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də