Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda təbiətə 30 min manatlıq ziyan vuruldu

Bakıda təbiətə 30 min manatlıq ziyan vuruldu

Bakıda ağaclar qanunsuz kəsilib, təbiətə 30 min manatlıq ziyan dəyib.

 Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıpb. 

Dövlət Xidmətinin əməkdaşlarının son bir həftə ərzində keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhərinin inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb.

 Araşdırma zamanı Xəzər rayonu Albalılıq yaşayış massivində, eyni zamanda Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 30 min manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də