Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı kəndlərində tarixi binaların qapıları niyə bağlıdır?

Bakı kəndlərində tarixi binaların qapıları niyə bağlıdır?

Bakı kəndləri min illərin izini daşıyan daş qəsrlər, qədim hamamlar və türbələrlə zəngindir. Ramana qəsri, Dairəvi və Böyük Mərdəkan qalaları, Şağan qalası, Nardaran və Şüvəlan qalaları, Pirşağı və Mərdəkan məscid-türbələri Bakı kəndlərinin əsas tarixi tikililəri hesab olunur. 

Hər il həm yerli, həm də xarici turistlər Bakının bu tarixi kəndlərinə üz tuturlar. Bəziləri bələdçilərlə, bəziləri isə təkbaşına qədim qalaları ziyarət etmək istəyirlər. Amma turitlərin qarşılaşdığı mənzərə o qədər də ürəkaçan olmur. Belə ki, tarixi tikililərin qapıları bağlı olur, abidələri rahatlıqla gəzmək mümkün olmur.

Bu əlçatmazlıq ilk növbədə mədəni irsin tanıdılması imkanlarını məhdudlaşdırır, ölkənin turizm potensialı boşa gedir və mədəni yaddaşın zəifləməsinə səbəb olur.

Mövzu ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, hər bir tarixi tikilinin yanında qurumun əməkdaşlarının ofisi var və qapıların açılması üçün həmin şəxslərə müraciət kifayətdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də