RegionTV.info
Bir müddət əvvəl halı pisləşərək təcili xəstəxanaya yerləşdirilən aparıcı Larri Kinq vəfat edib.
Son zamanlar xroniki xəstəliklərlə mübarizə aparan Larri səhər saatlarında dünyasını dəyişib.
87 yaşlı Kinq koronavirus testi pozitiv çıxdıqdan sonra Los-Anceles xəstəxanasına aparılmışdı. Onun elə sözügedən xəstəxanada vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Larri, 60 illik karyerası boyunca bir çox tanınmış məşhur insanlarla reportajlar hazırlayıb. O, 1985-ci ildən CNN telekanalında aparıcılıq edirdi.
(axşam.az)
Xəbəri paylaş